RU

Belçikanın müdafiə naziri: "Ukraynaya ordu göndərilə bilər"

Hurriyyet.az xəbər verir ki, "Financial Times" nəşrinin məlumatına görə, Belçikanın müdafiə naziri Teo Franken Ukraynaya hərbçi göndərilməsinin mümkün olduğunu söyləyib.

Qəzet yazır: "Belçikanın müdafiə naziri müəyyən şərtlər daxilində Ukraynaya hərbçi göndərilməsinin əleyhinə olmadıqlarını bəyan edib".

Nazir deyib: "Regionda sabitliyin qorunması üçün hərbçi göndərilməsi yalnız Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin imzalanmasından sonra mümkündür".

Franken Belçikanın 1000 nəfər əsgər göndərmək imkanının olmadığını, lakin müttəfiqlərinə həmişə kömək elədiyini söyləyib.

Hürr Tərcüman

Избранный
72
hurriyyet.az

1Источники