AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Kevin Medinanı cəzalandırıb.
QOL.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
Misli Premyer Liqasının 23-cü turunda "Neftçi" ilə matçın 22-ci dəqiqəsində Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Ona görə də 31 yaşlı müdafiəçi 2 oyunluq cəzalandırılıb.
“Qarabağ” isə 1500 manat cərimə edilib.
Qeyd edək ki, sözügedən matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.