Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin daimi nümayəndələri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyiblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, yeni məhdudiyyətlər paketinə ilkin alüminiumun idxalına qadağa daxildir.
Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, 16-cı sanksiyalar paketi Budapeştə Rusiya neft və neft məhsullarından istifadə sahəsində istisnalar nəzərdə tutur.
Məhdudiyyətlər Aİ-nin Rusiyanın kölgə donanmasının bir hissəsi hesab etdiyi daha 73 gəmiyə şamil ediləcək.
Daimi nümayəndələr tərəfindən təsdiqləndikdən sonra yeni paket Aİ ölkələrinin liderləri tərəfindən təsdiqlənməlidir.