RU

“Azpetrol” yanacaqdoldurma məntəqələrinin sayını 108-ə çatdırdı

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, həmçinin, təlabatın artması və çoxsaylı təklifləri nəzərə alaraq, fevral ayının 19-da Cəbrayıl rayonunda sayca 108-ci “Cəbrayıl” yanacaqdoldurma məntəqəsini (YDM), eləcə də sayca 21-ci elektromobillərin enerji ilə doldurulma postunu istismara verdi. YDM-in istifadəyə verilməsi yeni, 19 iş yerlərinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində önəm verdiyi prioritet məsələlərdən biridir.

Xatırladaq ki, “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 108 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 123 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 21 elektromobillərin enerji ilə doldurulma postu, 1 hotel, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

"Azpetrol" – Daim inkişafa doğru!

Избранный
33
7
report.az

8Источники