Bakı, 19 fevral, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev fevralın 28-də Naftalan şəhərində həmin şəhərin və Goranboy rayonunun sakinlərinin müraciətlərini dinləyəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq və həmin məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar fevralın 19–21-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.