2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 432 yeni mikro sahibkarlıq subyekti yaradılıb ki, bu da 2023-cü illə müayisədə 78,5 % çoxdur.
AzNews.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin sonuna ölkə üzrə fəaliyyət göstərən 212 705 kommersiya təşkilatlarının 83,7 %-i və yaxud 178 061-i mikro sahibkarlıq subyeki olub.
Bu, əvvəlki ilin sonuna nisbətən 11 171 vahid və yaxud 6,7 % çoxdur.