Belçika millisinin və "Real Madrid"in qapıçısı Tibo Kurtua uşaqlıqda azarkeşi olduğu "Mançester Yunayted"ə niyə keçmədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 32 yaşlı qolkiper MY-nin sabiq müdafiəçisi Rio Ferdinandın "YouTube" kanalına danışıb:
"Edvin van der Sar və İker Kasilyas kimi qapıçıların çıxışı çox xoşuma gəlirdi. Buna görə də "Real" və "Yunayted"in oyunlarını izləyirdim. Böyüdükcə Edvinə baxaraq öyənməyə çalışırdım.
Niyə MY-yə keçmədim? Onlar David de Xea ilə müqavilə bağladılar. Bu, mənim yolumu bir qədər dəyişdi. "Mançester Yunayted"in fanatı idim. "Genk"də oynayanda "Tottenhem" və "Çelsi"nin diqqətini cəlb etmişdim. Həmin vaxt de Xea My-də olduğu üçün mən də başqa yol seçdim".
Nihat