RU

Tramp bu ölkəni ABŞ-ın düşməni adlandırdı

ABŞ prezidenti Donald Tramp Venesuelanı düşmən adlandırıb və Amerika şirkətlərinin ondan neft almağa davam etməsini istəmədiyini bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Biz Venesuelanı çətin vəziyyətə salmışdıq”, - Tramp ilk səlahiyyət müddətində Karakasa tətbiq etdiyi genişmiqyaslı sanksiyalara toxunarkən deyib.

"Hər şeyin çox yaxşı olacağı kimi görünürdü. Sonra Bayden gəldi və həmişə olduğu kimi hər şeyi məhv etdi. Onun rəhbərliyi altında Venesueladan milyardlarla dollar dəyərində neft almağa başladılar".

“Niyə düşmənə üz tutdular və ona milyardlarla dollar verdilər?”,- deyən Tramp vurğulayıb ki, onun rəhbərliyi altında belə bir qərar verilməyəcəkdi.

"Biz bu məsələni araşdırırıq", - o əlavə edib və ABŞ-ın kifayət qədər neft ehtiyatına malik olduğu üçün belə sövdələşmələrə ehtiyacı olmadığını vurğulayıb.

"Biz bütün bu vəziyyəti araşdırırıq”.

Amerika şirkətlərinə, o cümlədən “Chevron”a Venesueladan neft almağa davam etməyə icazə verib-verməyəcəyi ilə bağlı suala Tramp belə cavab verib:

“Bəlkə də yox. Hazırda bu məsələyə baxırıq”.

"Cebhenfo.az"

Избранный
22
2
cebheinfo.az

3Источники