RU

PUTİNİN ƏR-RİYADA GÖNDƏRDİYİ DMİTRİYEV KİMDİR? – “Məqsəd Putinin ailəsi üçün təminat almaqdır”

“ABŞ ilə danışıqları Rusiya yox, Putin, onun klanı və ailəsi aparır”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış rusiyalı hüquq-müdafiəçisi, "Gulagu.net" layihəsinin rəhbəri Vladimir Oseçkin son efirində deyib.

Oseçkin Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda diplomatiyaya heç bir aidiyyatı olmayan Rusiya Birbaşa İnvestisiyalar Fondunun başçısı Kirill Dmitriyevin iştirak etməsinin təsadüfi olmadığını qeyd edib. Onun dediyinə görə, Dmitriyev Vladimir Putinin qızı Yekaterina Tixonovanın(Putinanın) ən yaxın rəfiqəsi olan Natalya Popovanın əridir: “Yadınızdadırsa, bir zaman “Yeltsinin ailəsi” deyərkən, onun qızı Tatyana Dyaçenko, onun əri Valentin Yumaşovla yanaşı, Boris Berezovski, Roman Abramoviç və s. nəzərdə tutulurdu. İndi isə “Putinin ailəsi” Ər-Riyada nümayəndə heyətilə gəlib. Onlardan biri Kirill Dmitriyevdir. Lavrov və digərləri amerikalılarla dialoq qurmağa çalışarkən, həmin vaxt Dmitriyev ABŞ mətbuatı ilə və digər jurnalistlərlə danışırdı. Formal olaraq o, Rusiya Birbaşa İnvestisiyalar Fondunun başçısı olsa da, onun əsas “vəzifəsi” Yekaterina Tixonovanın(Putinin qızı) ən yaxın rəfiqəsi və “sağ əli” Natalya Popovanın əri olmasıdır”.

Избранный
21
azpolitika.info

1Источники