RU

Tramp Putinlə birləşəcəyini deyib

“The New York Times” qəzetinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp müttəfiqlərini tərk edib Putinlə birləşməyə hazır olduğunu bildirib. 

“Cebheinfo.az”-ın məlumatına görə, adıçəkilən nəşr Trampın bu açıqlamasının  ABŞ və Rusiya arasında müharibə başlayandan sonra ilk danışıqlar zamanı özünü büruzə verdiyini qeyd edib. 

“Tramp çoxdan Putinə heyran olub və onu özünün müttəfiqi, güclü və çox ağıllı oyunçu hesab edir.

Tramp açıq şəkildə bildirib ki, o, Putinin təcridinə son verir və Rusiyanı ABŞ-nin strateji tərəfdaşına çevirməklə onu beynəlxalq ictimaiyyətə qaytarmağa çalışır.

Tramp hesab edir ki, ərazi güzəştləri ilə razılaşmayan Ukrayna liderləri müharibədə günahkardır, bu müharibəni başladan Rusiyanın özü deyil.

“Sən buna başlamamalıydın”,-Tramp Ukrayna liderinə belə müraciət edir.

Tramp nəsillər boyu Amerikanın xarici siyasətində müttəfiqləri və düşmənləri strategiyalarını dəyişməyə məcbur edəcək ən böyük dönüşlərdən birini edir.

Tramp Rusiya Federasiyasına gələcək birgə müəssisələr üçün tərəfdaş kimi baxmağa çalışır.

Ər-Riyaddakı görüş təsir dairələrini bölüşdürən iki böyük güc arasında oldu.

Orada nə Ukrayna, nə də Avropa var idi. Bu, Vyana Konqresinə və ya Yalta Konfransına bənzəyirdi”,-deyə “The New York Times” qeyd edir.

Избранный
12
cebheinfo.az

1Источники