AFFA-nın 15 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirdiyi çempionatda kütləvi dava düşüb.

Offsideplus.az xəbər verir ki, hadisə "Metak" - "Səbail" matçında yaşanıb. Qonaqların 4:3 hesablı qələbəsindən sonra yaranan narazılıq kütləvi mübahisəyə səbəb olub.

Nəticədə AFFA İntizam Komitəsi sərt qərarlara əl atmalı olub. Ümumilikdə, 8 futbolçu və 1 baş məşqçi cəzalandırılıb. Onların hamısı "təcavüzkar davranış"da günahlandırılaraq, qırmızı vərəqə qalıblar. 

"Metak"dan Seyfəddin Heydərov, Amir Tahirov, Seyid Davidov, "Səbail"dən isə Nizami Hüseynli, Hüseyn Hüseynli, İlkin Mikayılov, Hüseyn Saracev və Raul Nəsirli 4 oyunluq diskvalifikasiyaya məruz qalıb. Futbolçuları sakitləşdirmək əvəzinə mübahisəyə qoşulan "Metak"ın baş məşqçisi Mehman Səfərov hakimləri təhqir edib. Cəzalı durumda olan çalışdırıcı daha 5 tur texniki zonaya ayaq basa bilməyəcək.