RU

Erlinq Holand "Mançester Siti"ni tərk etməyə hazırlaşır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mançester Siti"nin ulduz hücumçusu Erlinq Holand gələn yay klubu tərk edə bilər.
Oxu.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Real Madrid" hücumçuya böyük maraq göstərir.
Madrid təmsilçisinin ulduz futbolçusu Vinisius Junior satılacağı təqdirdə, klub prezidenti Florentino Peres norveçli forvardı almağa hazırdır. "Real Madrid" Vinisiusun satışından qazanmağı planlaşdırdığı 250 milyon avronu "Mançester Siti"yə ödəməyə hazırdır.
Erlinq Holand bu mövsüm klub səviyyəsində 35 oyun keçirib, 27 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, ulduz futbolçunun "Transfermarkt" portalındakı transfer dəyəri 200 milyon avro olaraq göstərilib.
Избранный
9
oxu.az

1Источники