RU

"Rusiya artıq Ukraynanı itirib və başladığı müharibəni uduzub"- Mehman ismayılov

"Rusiya artıq Ukraynanı itirib və başladığı müharibəni Putin uduzub. Bu gün müharibəni davam etdirmək üçün Rusiyanın nə insan resursu, nə də hərbi potensialı kifayətdir. Pulu çoxdur, lakin nə total səfərbərliyə gedə bilir, nə də cəmiyyətdən gələn reaksiyadan çəkinmədən hərəkət edə bilir. Müharibəni dayandırıb, 6 aylıq müddətdə Zelenskidən yenidən danışıqlar aparmağı tələb edirlər. Bunların hamısı Putinin irəli sürdüyü şantaj elementləridir."

Politoloq Mehman ismayılov bunu News365.az-a şərh edib. 

"Bəs Ukrayna bu siyasi və iqtisadi sövdələşməyə gedəcəkmi? Rusiya ilə bu razılaşmaya getməsi mümkün görünmür. Rusiyanın dondurulmuş aktivləri Avropa İttifaqının nəzarəti altında Ukraynanın bərpasına yönəldiləcək. Ukraynanın itirdiyi 125 min kvadrat kilometr ərazi strateji baxımdan həlledici məğlubiyyət deyil. Vaxtilə Sovet İttifaqı Şərqi Almaniyanı işğal etmişdi, lakin bu gün nəticələr ortadadır – yəni, bu cür işğallar qalıcı nəticələr yaratmır.

Bundan əlavə, Rusiya Ukraynanın resursları uğrunda sövdələşməyə gedə bilməyəcək, çünki belə bir şansı yoxdur. Bu məsələdə Türkiyə, Böyük Britaniya, İsrail və Çin kimi ölkələr iştirak edəcək. Çin isə nadir metallarını Amerikaya vermək niyyətində deyil. Çünki ABŞ həmin nadir metalların kompüter, telefon, raket sistemlərinin əsas elementləri olan mikroprosessorların istehsalında istifadə edir və məhz Çindən alır."

Избранный
21
news365.az

1Источники