RU

Ronaldonun 76 milyon dollarlıq təyyarəsi Mançesterdə qaldı

style='margin-bottom:10px;'>

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun şəxsi təyyarəsi Mançesterdəki hava limanında qalıb.

QOL.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

40 yaşlı hücumçunun "Bombardier Global Express 6500" adlı təyyarəsinin qiyməti 76 milyon dollardır. 

Xəbərdə bildirilib ki, təyyarə pəncərələrindən birində çat yarandığı üçün hava limanında qalıb. Hava gəmisi tam təmir olunanadək heç bir uçuş edə bilməyəcək.

Kriştiano Ronaldonun isə bu təyyarə ilə Mançesterə gedib-getmədiyi məlum deyil.

Daha əvvəl onun təyyarəsinin Mançester şəhərində göründüyü haqda məlumatlar yayılmışdı. Bu, "Mançester Yunayted" azarkeşlərinin forvardın kluba qayıdacağına dair fərziyyələrinə yol açmışdı. Onun Asiya Çempionlar Liqasında "Persepolis"lə matç üçün "Əl-Nəsr"in heyətində yer almaması söz-söhbətləri daha da alovlandırıb.

Qeyd edək ki, Ronaldo 2003-2009, 2021-2022-ci illərdə "qırmızı şeytanlar"ın formasını geyinib. 

Избранный
13
1
teleqraf.com

2Источники