Finss.az xəbər verir ki, çərşənbə günü Rusiyadan tədarük perspektivləri ilə bağlı qeyri-müəyyənlik fonunda neft qiymətləri bir qədər yüksəldi.
Bloomberg G7-nin fevralın 24-də qəbul oluna biləcək bəyanat layihəsinə istinadən xəbər verir ki, G7 ölkələri Rusiya nefti üçün qiymət həddi mexanizmini necə gücləndirmək və ya onu daha effektiv etmək üçün dəyişikliklər etmək barədə düşünür.
Moskva vaxtı ilə saat 8:15-də Londonun ICE Futures birjasında aprel fyuçerslərinin qiyməti 0,14 dollar (0,18%) bahalaşaraq 75,98 dollar/barelə çatıb. Çərşənbə axşamı Brent 0,62 dollar (0,8%) bahalaşaraq 75,84 dollar/barelə çatıb.