RU

ABŞ və AB-nin "koordinasiya edilməmiş boşanması"

Keçmiş Avropa diplomatiya rəhbəri Josep Borrell ABŞ və Avropa İttifaqı arasında mövcud münasibətləri fikir ayrılıqları nəticəsində yaranan "koordinasiya olunmamış boşanma" kimi xarakterizə edib.


Onun sözlərinə görə, Donald Tramp Avropanın Avropa siyasi və sosial modelini bəyənmir.

 

"Onun üçün Avropa bir anti-modeldir... Baş verənlər Atlantikanın iki tərəfi arasında razılaşdırılmamış boşanma, dərin və ideoloji parçalanmadır", deyə Borrell bildirib.

Bundan əlavə, Avropa diplomatiyasının keçmiş rəhbəri ABŞ-ı Qərbin mövqeyini zəiflətməkdə ittiham edib: “Əgər ABŞ Ukraynaya yardım məsələsi ilə bağlı fikir ayrılıqlarına 6 uzun ay sərf etməsəydi, vəziyyət başqa cür ola bilərdi”.

O, həmçinin Tramp administrasiyasının ABŞ-a Ukraynada nadir torpaq minerallarının çıxarılması hüququnun verilməsi tələbini “quldurluq” adlandırıb.

 

Nigar

 

Избранный
38
oxu24.com

1Источники