RU

Azərbaycan neft və qazı neçəyə satıb? - Qiymətlər

2025-ci ilin yanvar ayına aid olan gömrük məlumatlarına əsasən, Azərbaycan neftin hər tonunu 550 dollara, təbii qazın hər 1000 kub metrini 372 dollara satıb.

 

Sfera.az xəbər verir ki, yanvarda ixrac olunan neftin miqdarı 3,46 milyon ton, qazın miqdarı 2,34 milyard kub metr olub. Azərbaycan neft satışından 1,903 milyard dollar, qaz satışından 870 milyon dollar ixrac gəliri əldə edib. 

 

2024-cü ildəki qiymətlərlə müqayisə etdikdə görürük ki, bu il həm neft, həm də qaz qiymətləri enib. Ötən ilin yanvarında neftin bir tonu 590 dollara, qazın min kub metri 383 dollara satılmışdı. 

 

Qiymətlərin enməsinə baxmayaraq neft və qaz satışından gəlirlər xeyli artıb. Çünki ötən il ixrac olunan neftin miqdarı 863,5 min ton, qazın miqdarı 740 milyon kub metr olmaqla cari ilin göstəricisindən xeyli az olub. 

 

Vasif
 

Избранный
20
1
sfera.az

2Источники