Qax rayonunun İlisu kəndində yerləşən Ramramay şəlaləsində ecazkar mənzərə yaranıb.
Referans.az report-a istinadən xəbər verir ki, ərazidə temperaturun -15 dərəcəyə qədər aşağı düşməsi hündürlüyü 75 metr olan şəlalənin təmamilə donması ilə nəticələnib.
Donaraq cazibədar görüntüyə səbəb olan Ramramay şəlaləsinə qədər olan məsafə İlisu kəndinin yuxarı baş hissəsindən iki kilometrdir.
Kənd sakinləri bildiriblər ki, şəlaləyə yalnız "UAZ" və "Niva" markalı avtomobillərlə getmək mümkündür.
Qeyd edək ki, Ramramay şəlaləsi ildə 2 ay, əsasən yanvar və fevral aylarında donaraq buz kütləsinə çevrilir. Şəlalə dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта