Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn bir neçə gün məşqlərə qatıla bilməyəcək.
"Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Evdə Şotlandiyanın "Seltik" klubu ilə heç-heçə (1:1) etdikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl ingiltərəli hücumçunun baldır əzələsində problem aşkarlanıb. O, bu səbəbdən qarşılaşmanın fasiləsində əvəzlənib.
31 yaşı forvard fevralın 23-də "Ayntraxt"a qarşı Bundesliqanın XXIII turunun matçını buraxa bilər.
Qeyd edək ki, Harri Keyn cari mövsüm "Bavariya"da 31 matçda 29 qola imza atıb.