RU

"Qalatasaray" - "Fənərbaxça" derbisində əcnəbi hakim - Rəsmi

style='margin-bottom:10px;'>

Türkiyə Superliqasında "Qalatasaray" və "Fənərbaxça" arasında keçiriləcək derbi matçını əcnəbi hakim idarə edəcək.

QOL.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu bugünkü mətbuat konfransında açıqlama verib. O, baş hakimin adını açıqlamasa da, tanınmış bir referinin olacağını bildirib

Türkiyə mətbuatının yaydığı xəbərlərə görə, görüşü sloveniyalı FİFA referisi Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Избранный
56
3
teleqraf.com

5Источники