RU

İspaniyanın baş naziri: "Trampın etdiyi əxlaqsızlıqdır"

İspaniyanın baş naziri Pedro Sançes İspaniyada rəsmi səfərdə olan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə baş nazirin Madriddəki Monkloa iqamətgahında keçirdiyi görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Trampın Qəzza planına bir daha açıq şəkildə reaksiya verən Sançez, "Bu, əxlaqsızlıqdır və beynəlxalq hüquqa ziddir. Qəzza fələstinlilərə məxsusdur və gələcək Fələstin Dövlətinin bir parçasıdır" deyib.

Sançes vurğulayıb ki, fələstinliləri köçürmək üçün istənilən cəhd “regional və qlobal miqyasda sabitliyi pozan təsirə malik olacaq”.

İspaniyanın baş naziri bəyan edib ki, ərəb ölkələrinin rəhbərliyi Qəzzada fundamental olmalıdır.

Misir prezidenti Sisi də Qəzzalıların məcburi köçkünlüyünə qarşı olduqlarını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
19
3
turkustan.az

4Источники