RU

“Qalatasaray” – “Fənərbağça” matçının baş hakimi əcnəbi olacaq

Türkiyə Super Liqasının 24-cü turu çərçivəsində keçiriləcək “Qalatasaray” – “Fənərbağça” matçının baş hakimi əcnəbi olacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu məlumat verib. O, qarşılaşmanı dünya səviyyəli hakimlərdən birinin idarə edəcəyini açıqlayıb.

Qeyd edək ki, 24 fevral tarixində  baş tutacaq “Qalatasaray” – “Fənərbağça” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Избранный
45
idmanxeber.az

1Источники