RU

Füzulinin məzarı üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb - FOTO

İraqın Kərbəla şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin məzarının sinə daşı yenilənib.

Demokratikmusavat.com xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, yenilənmiş sinə daşında onun Azərbaycan şairi olmasına işarə edən ifadə də öz əksini tapıb.

Belə ki, şairin məzarının sinə daşında ərəbcə “Bu məzar şair Məhəmməd Füzuli Əl-Bağdadi Əl-Azərinindir” ifadəsi həkk olunub.

Səfirlikdən də sayta bildirilib ki, İraqın Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi ilə aparılmış danışıqların nəticəsi olaraq, İraqın Kərbəla şəhərində İmam Hüseyn məscidində yerləşən Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş mötəbər şairimiz Məhəmməd Füzulinin məzarının sinə daşı yenilənərək, məzarın üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın İraqdakı səfirliyi Məhəmməd Füzulinin məzarının yeni sinə daşı ilə əvəzlənməsinə dair razılıq əldə edildiyini açıqlamışdı.

Xatıladaq ki, əvvəllər sinə daşında ərəbcə “Şair Məhəmməd Füzuli Əl-Bağdadinin məzarı” ifadəsi yazılmışdı.

Füzulinin məzarı üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb - FOTO

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
27
20
Demokratikmusavat.com

10Источники