RU

Mal əti bahalaşıb, quş əti ucuzlaşıb –QİYMƏTLƏR

Dünya bazarında mal ətinin qiymətində qeyri-sabitlik müşahidə olunur. Yanvar ayında 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 3.7% artaraq 6.5 ABŞ dollar səviyyəsinə yüksəlib.

AzPost bildirir ki, bu barədə Kənd Təsərüfatı Nazirliyinin Aqrar Tədqaqatlar Mərkəzinin bülletenində bildirilir.

İcmal ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 11 Fevral 2025-ci il tarixli hesabatı əsasında hazırlanıb.

2025-ci ilin yanvar ayında Avropa bazarında qoyun ətinin 1 kiloqramının orta qiyməti əvvəlki aya nisbətən 0.8% artaraq 9.7 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Quş ətinin 1 kiloqramının dünya bazar qiyməti əvvəlki ayla müqayisədə 4.7% ucuzlaşaraq 2.9 dollar olub.

 

Yanvar ayında donuz ətinin 1 kiloqramının Avropa bazarı qiyməti əvvəlki aya nisbətən 5.4% azalaraq 1.9 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Избранный
58
azpost.info

1Источники