RU

Ruslar Ukraynanın daha iki yaşayış məntəqəsini ələ keçirib

Ruslar

Rusiya ordusu eyni vaxtda Ukraynanın iki yaşayış məntəqəsini ələ keçirib.

Reyting.az
-ın məlumatına görə, “DeepState” layihəsinin analitikləri bildiriblər ki, ruslar Daçnoye və Zelenovkanı işğal ediblər.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Malinovka yaxınlığında rus işğalçılarını dəf etsələr də, onlar Konstantinopol, Novoselka, Kleşçeyevka, Baranovka, Novooçeretovatı, Andreevka və Pesçanoye yaxınlığında irəliləməyi bacarıblar.

Bundan başqa, “Azov” xüsusi təyinatlı alayının 12-ci briqadasının 6-cı BSP-nin hərəkətləri sayəsində rus ordusu Pokrovsk-Konstantinovka magistral yolundan geri çəkiliblər.

Hərbi müşahidəçi Denis Popoviç deyib ki, Rusiyanın cəbhədə, xüsusən də Pokrovsk istiqamətində hücumu nəzərəçarpacaq dərəcədə səngiyib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücumlara başlayıb, ona görə də yaxın gələcəkdə rusların Pokrovski ələ keçirməsi barədə danışmağın mənası yoxdur. Müşahidəçi qeyd edib ki, ruslar Dnepropetrovskla Donetsk vilayətinin sərhədlərinə qədər irəliləməyə cəhd edə bilərlər.

E. KAMAL
Избранный
22
reyting.az

1Источники