RU

Prezidentin medal verdiyi polkovnik-leytenant vəfat etdi

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Nazim Divanov vəfat edib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, onun səhhətində bir müddət əvvəl ciddi problemlər yaranıb və komaya düşüb.

N.Divanov Mərkəzi Klinik Xəstəxanada və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunub. Lakin komadan ayılmayıb və dünyasını dəyişib.

Mərhum Bakının “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Divanov Nazim Musa oğlu 1962-ci ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub.

Keçmiş sovet qoşunlarının tərkibində Əfqanıstan müharibəsində iştirak edib. 1990-cı ildə Azərbaycana qayıdıb və ordu sıralarına qoşulub. Birinci Qarabağ müharibəsi dövründə 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissədə xidmət edib, Şuşa şəhərinin, Laçın və Sədərək rayonlarının müdafiəsi uğrunda döyüşüb. Sonrakı dövrdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində dərs deyib.

Избранный
46
3
publika.az

4Источники