Ötən il Azərbaycanda muzdlu işçilərin (əmək müqaviləsi ilə işləyənlər) orta aylıq nominal əməkhaqqı 1 009 manat olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakıda orta aylıq nominal əməkhaqqı 1 269,2 manat olub.
Azərbaycanın şəhər və rayonları arasında ən yüksək orta aylıq əməkhaqqı Xankəndi şəhərində verilib və bu hesab 1 627,2 manat olub. Yüksək orta aylıq əmək haqqını alan şəhərlər arasında üçüncü 1 146,3 manat əməkhaqqı ilə Daşkəsən olub.
Məlumata görə, digər şəhər və rayonlarda orta aylıq əməkhaqqı 1 000 manatdan aşağı olub. Ən aşağı əməkhaqqı isə 539,1 manatla Qax rayonunda qeydə alınıb.
Digər şəhər və rayonlarında əmək haqqı 635 manatdan az olub. Bu da o deməkdir ki, digər şəhər və rayonlarda yaşayanlar pataxt Bakı ilə müqayisədə 2 dəfə az əmək haqqı alırlar.
Aşağı əməkhaqqı alan bölgələrin siyahısını təqdim edirik: