RU

Bakıda APA-nın büdcəsi qəbul edilib

Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən iclasında 1 milyon ABŞ dolları dəyərində olan büdcəsi qəbul edilib.

Missiya.Az "Report"a istinadla xəbər verir ki, Azərbaycanda APA-nın Büdcə və planlaşdırma daimi komitəsinin iclası keçirilir.

Büdcəyə ödənişlər 44 ölkə arasında bölüşdürüləcək. Minimum ödəniş 22 min ABŞ dolları, maksimum 50 min ABŞ dolları təşkil edəcək.

APA büdcəsinin aşağıdakı 3 maddə üzrə bölüşdürülməsi təklif olunur: əməliyyat və strateji xərclər (büdcə təsdiq edildikdən sonra ilkin olaraq ayrılır), əlavə xərclər (APA-nın yeni layihə və proqramlarının maliyyələşdirilməsi üçün xərclər) və ehtiyat xərcləri (fövqəladə halların və ya hadisələrin örtülməsi üçün APA İcraiyyə Şurasının qərarı ilə müəyyən edilir).

Избранный
16
18
missiya.az

10Источники