RU

Rusiya və ABŞ səfirləri yaxın zamanda vəzifələrinin icrasına başlayacaqlar

Rusiya və ABŞ-nin yeni səfirləri yaxın zamanda öz vəzifələrini tam şəkildə icra etməyə başlayacaqlar.

Bu barədə TASS-a Rusiya parlamentindəki mənbə məlumat verib.

\"Rusiya və ABŞ səfirləri ən yaxın zamanda öz vəzifələrini tam həcmdə icra etməyə başlayacaqlar. Bu ikitərəfli münasibətlərin normallaşmasının fundamental məsələsidir\", - mənbə bildirib.

Rusiyanın ABŞ-dəki əvvəlki səfiri Anatoli Antonov 2024-cü ilin oktyabrında Vaşinqtondakı missiyasını başa vurub.
Избранный
11
2
azxeber.com

3Источники