"FlyOne Armenia" Moldova ərazisində qadağan olunmuş aviaşirkətlər siyahısına daxil edilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, infrastruktur və Regional İnkişaf Nazirliyinin fevralın 19-dan qüvvəyə minmiş müvafiq əmrində dünya üzrə 130-dan çox aviaşirkətin siyahısı yer alıb.
Nazirliyin əmri Avropa Komissiyasının reqlamentinin qəbulundan sonra verilib.
"FlyOne Armenia" İrəvan-Kişineu marşrutu üzrə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirir. Belə ki, Rusiyaya və əks istiqamətdə uçuşlar Türkiyə və Azərbaycan üzərindən həyata keçiriləcək.
Milli.Az