RU

Ermənistan aviaşirkəti Moldova ərazisində qadağan edilib

Bakı. Trend:

Ermənistanın “FlyOne Armenia” aviaşirkəti Moldovada fəaliyyətiqadağan edilmiş daşıyıcıların siyahısına daxil edilib.

Trend xəbər verir ki, Moldovaİnfrastruktur və Regional İnkişaf Nazirliyinin müvafiq əmri bu günqüvvəyə minib.

Qeyd edək ki, qadağa Avropa Komissiyasının reqlamentinin qəbulolunması nəticəsində tətbiq edilib. Reqlament çərçivəsindətəhlükəsizlik tələblərinə cavab vermədiyinə görə fəaliyyətiməhdudlaşdırılan 130-dan çox aviaşirkətin siyahısı tərtibedilib.

Moldovadakı layihənin məqsədi milli qanunvericiliyi Avropaİttifaqının normalarına uyğunlaşdırmaqdır.

Избранный
44
5
az.trend.az

7Источники