RU

Magistraturaya qəbul imtahanlarında ölkə birincisi Fidan oldu

Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 16-sı keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

Bizim.Media xəbər verir ki, nəticələrə əsasən Fidan Bababyeva 93 bal toplayaraq (essesiz) ölkə birincisi olub.

Fidan Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsidir. Həmçinin, o, son imtahan sessiyasında ortalama 100 üzərindən 99 bal toplayıb.

Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Bizim.Media

Избранный
37
bizim.media

1Источники