RU

Sakit Okeanının dərinliklərində gözlənilməz kəşf: "Gizli bir kosmik hadisəyə işarə edir"

Alimlər Sakit okeanının dərinliklərində milyonlarla il əvvələ aid qeyri-adi bir izotop toplanması aşkarlayıblar. 

Demokratikmusavat.comQaynarinfo-ya istinadən xəbər verir ki, "Nature Communications" jurnalında dərc olunan bu araşdırma, dünyanın geoloji inkişafı barədə mühüm ipucları verə bilər.

Okeanın dibində yüksək səviyyədə "berilium-10" tapıldı

Beynəlxalq alimlər qrupu Sakit okeandan götürdükləri nümunələrdə gözlənilməz dərəcədə yüksək səviyyədə nadir radiasiya izotopu olan berilium-10 aşkar edib. Tədqiqatçılar bu izotopun qeyri-adi dərəcədə çox olmasının təxminən 10 milyon il əvvəl kosmosdan gələn güclü bir radiasiya partlayışının nəticəsi ola biləcəyini düşünürlər.

Berilium-10 kosmik şüaların Yer atmosferində oksigen və azot molekulları ilə toqquşması nəticəsində yaranır və yağış vasitəsilə yerə düşərək dəniz dibində yığılır. Alimlər 10 milyon il əvvələ aid dəniz çöküntülərini araşdırarkən bu izotopun səviyyəsinin gözlənilənin təxminən ikiqatı olduğunu müəyyən ediblər.

Berilium-10-un yarımparçalanma müddəti, yəni onun atomlarının yarısının başqa elementlərə çevrilməsi üçün tələb olunan vaxt, təxminən 1,4 milyon ildir. Bu xüsusiyyət, bu izotopun yerin geoloji tarixini müəyyən etmək üçün istifadə oluna biləcəyini göstərir.

"İndiyə qədər rast gəlinməmiş bir anomaliya ilə qarşılaşdıq"

Almaniyanın Helmholtz-Zentrum Dresden-Rossendorf institutundan Dr. Dominik Koll "Daily Mail" nəşrinə verdiyi açıqlamada bu kəşfin əvvəllər məlum olmayan bir anomaliya ilə bağlı olduğunu bildirib. Alimlərin sözlərinə görə, bu qeyri-adi izotop səviyyələri Sakit okeanının müxtəlif nöqtələrindən götürülən nümunələrdə də müşahidə olunub.

Tədqiqatçılar nümunələri analiz etmək üçün "Hızlandırılmış Kütlə Spektrometriyası" adlı son dərəcə həssas bir üsuldan istifadə ediblər. Bu texnika izotopların analizi və radiasiya səviyyələrinin ölçülməsi üçün tətbiq olunur.

Bu fenomen iki fərqli şəkildə izah edilə bilər

Alimlər bu qeyri-adi izotop səviyyəsinin iki mümkün səbəbdən qaynaqlandığını düşünürlər: biri dünyaya aid, digəri isə kosmik mənşəlidir.

Dünya mənşəli izah: 10-12 milyon il əvvəl Antarktika ətrafındakı okean cərəyanlarında baş verən ani dəyişikliklər berilium-10-un qeyri-bərabər paylanmasına səbəb ola bilərdi. Bu halda izotop müəyyən bölgələrdə, xüsusilə də Sakit okeanında normadan daha çox toplanmış ola bilər.

Kosmik mənşəli izah: Daha qeyri-adi olan bu nəzəriyyəyə görə, Yer kürəsi 10 milyon il əvvəl güclü bir kosmik radiasiya partlayışına məruz qalmış ola bilər. Bu, yaxınlıqda baş verən bir supernova (ulduz partlayışı) və ya planetimizin ulduzlararası qaz və toz buludlarının içindən keçməsi ilə əlaqədar ola bilər. Belə bir hadisə, Yeri qoruyan heliosfer adlı Günəş qalxanının müvəqqəti zəifləməsinə səbəb ola bilərdi.

Gələcək araşdırmalar kəşfi təsdiqləyə bilər

Dr. Koll və onun komandası gələcəkdə daha çox nümunəni analiz etməyi və digər tədqiqat qruplarının da bu sahədə araşdırmalar aparmasını gözlədiklərini bildiriblər. Əgər bu anomaliyanın dünya miqyasında təsdiqlənməsi mümkün olarsa, elm adamları Yer kürəsinin geoloji və kosmik tarixini daha yaxşı anlamaq üçün yeni bir vasitə əldə edə bilərlər.

"Əgər bu berilium-10 artımı bütün dünyada təsdiqlənərsə, bu, geoloji və astrofiziki tədqiqatlarda əhəmiyyətli bir dönüş nöqtəsi ola bilər", deyə Dr. Koll əlavə edib.
 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
7
5
Demokratikmusavat.com

6Источники