ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) məlumatına görə, "Cessna" 172S və "Lancair" 360 MK II təyyarələri Marana Regional Hava Limanı yaxınlığında havada toqquşub. Tukson şəhərinin şimal-qərbindəki hava limanında baş verən qəzada təyyarələrdən biri sağ-salamat eniş edərkən digəri yerə çırpılaraq alovlanıb.Marana Polis İdarəsi qəza nəticəsində iki nəfərin öldüyünü təsdiqləyib. Marana Bələdiyyəsindən verilən açıqlamada təyyarələrdə ümumilikdə 4 nəfərin olduğu qeyd edilsə də, digər iki nəfərin sağlamlıq durumu ilə bağlı məlumat verilməyib.Səlahiyyətlilər, qəza araşdırması tamamlanana qədər hava limanının bağlı qalacağını açıqlayıb.ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Marana Regional Hava Limanının “nəzarət olunmayan ərazi” olduğunu və aktiv hava hərəkətinə nəzarət qülləsinin olmadığını bəyan edib. Belə hava limanlarında pilotlar adətən digər təyyarələrlə ümumi tezlikdə əlaqə saxlayaraq eniş və qalxışlarını əlaqələndirirlər. Bununla belə, pilotlardan federal aviasiya qaydalarına riayət etmək tələb olunur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта