RU

Avropa ABŞ-yə Ukraynada hərbçi yerləşdirməyi təklif edəcək


Ukraynanın avropalı müttəfiqləri Vaşinqtona Avropa ölkələrindən 30 min hərbçinin orada yerləşdirilməsini təklif etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti planla tanış olan Qərb rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, bu barədə Avropa liderlərinin Parisdə qeyri-rəsmi görüşü zamanı razılıq əldə olunub.
Nəşr yazır ki, hazırlanmış təkliflər gələn həftə Vaşinqtonda Böyük Britaniyanın baş naziri Key Starmer tərəfindən ABŞ prezidenti Donald Trampa təqdim olunacaq.
O, həmçinin Trampa Rusiyanın atəşkəsi pozacağı təqdirdə ABŞ-nin döyüş təyyarələri və raket sistemlərinin Rumıniya və Polşada yerləşdirilməsini və yüksək hazırlıq vəziyyətində saxlanılmasını təkid edəcək.
Bildirilir ki, Britaniya və Fransanın təklif etdiyi plana əsasən, Rusiya və NATO ölkələri arasında ordunun birbaşa qarşıdurması riskini minimuma endirmək üçün Qərb qoşunları Ukraynanın ən böyük şəhərlərində, o cümlədən, mühüm limanlarda, mühüm infrastruktur obyektlərində, həmçinin atom elektrik stansiyalarında yerləşdirilməlidir.
Nəşr əlavə edir ki, plana əsasən, kontingent Ukrayna qoşunlarının yerləşdiriləcəyi təmas xəttində vəziyyətə nəzarət etmək üçün texniki monitorinq avadanlıqlarından, o cümlədən peyklərdən, pilotsuz uçuş aparatlarından və kəşfiyyat təyyarələrindən geniş istifadə edəcək.
Qəzetin mənbələrindən birinin məlumatına görə, Qərb “sülhməramlıları” hava təhlükələrinin qarşısını almaq və Ukrayna səmasında mülki aviasiya uçuşlarının bərpasını təmin etmək üçün kifayət qədər hərbi resurslara malik olacaqlar.
Qara dənizdə əsas ticarət yollarının təhlükəsizliyinə nəzarət etmək üçün patrul gəmiləri tələb olunacaq.
Избранный
34
yeniavaz.com

1Источники