Vətən müharibəsi şəhidi Elvin Əzizovun 13 yaşlı oğlu bədbəxt hadisə nəticəsində həyatını itirib.
Oxu24.com xəbər verir ki, hadisə fevralın 19-da Masallı rayonunun Qarğalıq kəndində baş verib.
Ayxan Əzizov evdəki ov silahı ilə ehtiyatsızlıqdan atəş açıb. Nəticədə yeniyetmə aldığı xəsarətlərdən vəfat edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Elvin Əzizov Vətən müharibəsi zamanı Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Hadisə barədə ilk məlumatı Unikal.az saytı yayıb.
Oxu: Prezident Artur Rasi-zadə ilə bağlı sərəncam imzaladı
Faciədə ölən və yaralılar var - ADLAR
Cavid Kəngərli vəzifəsindən azad edildi -SƏRƏNCAM
Azərbaycanlı blogeri bu ölkədə həbsə saldılar - VİDEO