RU

HƏMAS 4 girovun cəsədini İsrailə təhvil verdi


Qəzza zolağında öldürülən ikisi uşaq olmaqla dörd israilli girovun qalıqları Fələstinin HƏMAS hərəkatı tərəfindən İsrailə təhvil verilib.
Yeniavaz.com
“Əl-Qahirə əl-İxbariyyə” telekanalına istinadla xəbər verir ki, girovların qalıqları əvvəlcə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən təhvil alınıb.
Daha sonra qalıqlar BQXK nümayəndələri tərəfindən Qəzza zolağında İsrail hərbi rəsmilərinə təhvil verilib.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“İsrail Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsi ilə ölən 4 girovun cəsədinin olduğu tabutları qəbul edib. Tabutlar Qəzza zolağında IDF qüvvələrinə təhvil verilib və oradan İsrailə aparılacaq”, - deyə məlumatda bildirilib.
Избранный
13
1
yeniavaz.com

10Источники