Səudiyyə Ərəbistanı müqəddəs Ramazan ayında dünyanın 61 ölkəsində iftar proqramının icrasına başlayacaq.
Hafta.az-ın yazdığına görə, İslam İşləri Nazirliyi Krallığın xaricdəki səfirliklərindəki dini attaşelər vasitəsilə bu il iftar üçün İki Məscid Xadimi Proqramını həyata keçirir. Məlumata görə, proqram 1 milyondan çox insana iftar vermək məqsədi daşıyır.
İslam məsələləri naziri Şeyx Əbdüllətif əl-Aşşeyx Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmana qlobal yardıma göstərdikləri davamlı dəstəyə, xüsusilə Ramazan ayında İslama və müsəlmanlara xidmət etmək səylərinə görə minnətdarlığını bildirib.
O, əlavə edib ki, nazirlik dini attaşelər və mədəniyyət mərkəzləri ilə razılaşdırılaraq Ramazan iftar proqramı üçün lazımi vəsaiti ayırıb.