Fevralın 20-nə keçən gecə Rusiya Ukraynanın qaz infrastrukturuna raket və PUA zərbələri endirib.
Axar.az xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko deyib.
Onun sözlərinə görə, istehsalat obyektlərinə ciddi ziyan dəyib:
“Bu hücumların məqsədi məişət ehtiyacları və mərkəzi istilik üçün lazım olan qazın istehsalını dayandırmaqdır”.