RU

Bakıda vətəndaşa qarşı 10 min manatlıq dələduzluq edilib

Nəsimi və Binəqədi rayonunda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Nəsimi rayonu ərazisində bir vətəndaşın dələduzluğa məruz qalması və 10550 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı S.Mahmudov müəyyən edilərək saxlanılıb.

Bundan başqa Binəqədi rayonu ərazisində vətəndaşın etibarından sui-istifadə edərək 2500 manatını ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı E.Şahmuradovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin olunub.

Araşdırmalar aparılır.

Избранный
5
11
operativmedia.az

10Источники