
Xəbər verdiyimiz kimi, sabiq Baş nazir Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 20-də Artur Rasi-zadəni qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.
Qeyd edək ki, fevralın 26-da Artur Rasi-zadənin 90 yaşı tamam olacaq.
Xatırladaq ki, A.Rasi‑zadə 2003-cü ildən 2018-ci ilədək Baş nazir olub.