Cənubi Koreya və ABŞ Şimali Koreyaya öz potensiallarını nümayiş etdirmək üçün birgə hərbi hava qüvvələri təlimləri keçirib, Renhap agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən xəbər verir.
“Təlimlər KXDR-dən gələn nüvə və raket təhdidlərinin qarşısını almaq üçün Amerika vasitələrini nümayiş etdirmək, eləcə də Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə keçirilib”, - Müdafiə Nazirliyi bildirib.
Təlimlərdə ən azı bir Amerika B-1B səsdən sürətli strateji bombardmançı, Amerikanın F-16 qırıcıları və Cənubi Koreyanın F-35A və F-15K qırıcıları iştirak edib.
Əziz Mustafa, Oxuməni.az