RU

Türkiyənin kilkə ixracından əldə etdiyi gəlir 29 faiz artıb

Türkiyədən 2025-ci ilin yanvar ayında kilkə ixracından əldə edilən gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 976 min 905 dollara çatıb.

Şərqi  Qaradəniz İxracatçılar Birliyi Balıqçılıq Sektor Komitəsinin sədr müavini İlker Yıldırım ilin ilk ayında Türkiyədən 12 ölkəyə kilkə ixrac edildiyini bildirib.

Yıldırım 2024-cü ilin yanvar ayında kilkə ixracının 758 min 405 dollara bərabər olan 288 ton olduğunu qeyd edərək deyib ki,, 2025-ci ilin ilk ayında Türkiyədən 416 ton kilkə ixrac edilərək 976 min 905 dollar gəlir əldə edilib. Bu çərçivədə ölkəmizdən kilkə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə kəmiyyətcə 44 faiz, dəyər baxımından isə 29 faiz artıb. Türkiyədən ən çox kilkə ixracı 313 min 672 dollar gəlirlə Belçikaya olub. Belçikanı 265 min 984 dollarla Almaniya, 184 min 90 dollarla Ukrayna izləyib. Ötən ilin eyni dövründən fərqli olaraq, bu dövrdə ölkədən Gürcüstana da kilkə ixrac edilib.



Избранный
16
trt.net.tr

1Источники