RU

Fransa Kot-divuardakı yeganə hərbi bazasını tərk edib

Bakı. Trend:

Fransa Kot-divuardakı yeganə hərbi bazasını tərk edib.

Trend bu barədəxarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Fransa ordusu onillər ərzində adı çəkiləndövlətdə hərbi iştirakını qoruyub saxlayırdı və onun bazanı tərketməsi Afrika ölkələrinin Fransa ilə hərbi əməkdaşlığı azaltmasıtrendinin davamı kimi qiymətləndirilir. Bazada baş tutan təntənəlitəhvil-təslim prosesində Fil dişi sahilinin bayrağı ucaldıldıqdansonra Fransa və Kot-divuardan olan nazirlər arasında aidiyyatırəsmi sənədlərin imzalanması baş tutub.

Bildirilir ki, Fransa hərbi kontingentinin bazanı tərk edəcəyiniKot-divuar prezidenti Alassan Uattara hələ ötən ilin dekabr ayındaelan etmişdi.

Qeyd edək ki, Port-Bouet hərbi bazasında Fransa ordusunun şəxsiheyəti təxminən 1000 əsgərdən ibarət idi.

Məqalədə:
Избранный
14
az.trend.az

1Источники