"Qarabağ"ın futbolçusu Toral Bayramov Ağdama gedib.
Day.Az Qafqazinfo.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Milli Qəhrəmanı, "Qarabağ"ın mərhum kapitanı Allahverdi Bağırovun məzarını ziyarət edib.
T.Bayramov instaqram hesabında bununla bağlı etdiyi paylaşıma "Ruhun şad olsun, kapitan" sözlərini yazıb.