RU

Pakistan HDQ Akademiyasının nümayəndə heyəti MMU-nu ziyarət ediblər

Azərbaycanda səfərdə olan Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu”nun dinləyiciləri Milli Müdafiə Universitetində (MMU) olublar.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Şəhidlər xiyabanını ziyarətlə başlayan səfər çərçivəsində qonaqlar Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların məzarlarını ziyarət edib, gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

MMU-ya gələn qonaqları qarşılayan MMU rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

Azərbaycan və Pakistan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin ordularımızın birgə fəaliyyətində geniş əks olunduğunu xüsusi vurğulayan general-mayor Arif Həsənov, səfər müddətində nəzərdə tutulan tədbirlərin iştirakçılar üçün faydalı və maraqlı olacağına ümidvar olduğunu qeyd edib.

Nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi və qarşıda duran məqsəd və vəzifələri haqqında brifinq təqdim olunub. Görüş əsnasında hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb. Protokola uyğun olaraq, kontr-admiral Ehsan Ahmed Xan “Şərəf kitabı”nı imzalayıb.

Daha sonra nümayəndə heyəti Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edib. Burada qonaqlar Azərbaycanın qədim hərb tarixi, döyüş ənənələri və qədim dövrlərin hərbi eksponatları ilə tanış olublar. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında başlanan ordu quruculuğumuzun Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışılıb və bunun nəticəsi olaraq, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Böyük Qələbəyə həsr olunmuş stend və eksponatlar qonaqlara təqdim olunub. Şəhidlərimizin şərəfinə hazırlanmış stenddə nümayiş etdirilən fotolar, hərbi geyimlər, şəxsi əşyalar, təltif olunduqları medal və ordenlərlə tanış olan Pakistan nümayəndə heyətinin sualları muzeyin əməkdaşları tərəfindən cavablandırılıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

5eb23b63c9f6d9900c6a0d8c5fe4f36d

ebf55806dbe7a0f368e19930263c01ba

bf989d29a7af2a0154cff6236ba82d74

862afee67ea12cb7210807136756f3dd

b880c27e634b5feecc80f98d7f31f7c1

482db8d0eb4093cf74645a67ea33531d

Избранный
30
9
poliqon.az

10Источники