RU

FHN bu təyyarənin “ömrünü uzatmaq” üçün Rusiya şirkətinə 3,7 milyon manat ödəyəcək – Yenilənib


FHN-in Aviasiya Dəstəsinə məxsus “Be-200ÇS” tipli amfibiya təyyarəsinə növbəti 48 (+-1) aya istismar müddətinin uzadılması xidməti ilə bağlı həmin qurumun ödəyəcəyi məbləğ dövlət satınalmalarının vahid internet portalında yanlış məzənnə ilə qeyd olunub.
Nazirlikdən Yeniavaz.com-a bildirilib ki, Rusiyanın “Пао Тантк Им. Г.М. Бериева” (G. (“M. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi”) şirkətinə həmin xidmətin müqabilində 192 milyon 961 min 066 manat 79 qəpik yox, 192 milyon 961 min rubl (3,7 milyon manat) ödəniləcək.

***13:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsi Rusiyanın “Пао Тантк Им. Г.М. Бериева” (G. (“M. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi”) şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilənin şərtlərinə görə, Rusiya şirkəti FHN-in Aviasiya Dəstəsinə məxsus “Be-200ÇS” tipli amfibiya təyyarəsinə növbəti 48 (+-1) aya istismar müddətinin uzadılması xidmətini göstərəcək.
Məlumata görə, bu xidmətin qarşılığında FHN Rusiya şirkətinə 182 milyon 961 min 066 manat 79 qəpik ödəyəcək. İşlərin bu ilin sonunda başa çatacağı bildirilir.

“Be-200ÇS” tipli amfibiya təyyarəsi

Qeyd edək ki, “Пао Тантк Им. Г.М. Бериева” şirkəti Rusiyanın Rostov vilayətininn Taqanroq şəhərində yerləşən təyyarə istehsalı müəssisəsidir.

Elnur Əli
Избранный
37
7
yeniavaz.com

8Источники