RU

"Bu uşaqlarda xeyirxah bir insan olmaq düşüncəsini formalaşdırır" — İlahiyyatçı

“İslam dinində ibadətin yaşı təyin edilməyib, yəni bir uşaq 5, 15, 25 yaşında da dua edə bilər. Namazı 5 yaşında da, 15 yaşında da qıla bilər. Həddi-büluğ dövrü ümumiyyətlə müsəlman aləmində önəmli bir yaş həddi olaraq təyin edilir. 10 yaşına çatmış və yaxud 12 yaşına çatmış uşaqların namaz qılması məhsuliyyətdir. Həmin uşaq anlayır ki, mən namaz qılmalıyam. Namaz qılmasa, artıq günah dəftərimə günahlar yazılır. Amma 8-9 yaşında o namaz qılmasa, onun əməl dəftərinə bir şeylər yazılmır”. 

Bunu Demokrat.az- a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli deyib.

O əlavə edib ki, Səudiyyə Ərəbistanın özünə məxsus qərarları var, hər il bu qərarları fərqli şəkildə izhar edir:

“Uşaqlarla bağlı olan qərara, gəlincə, xüsusən Həcc mərasimində bu qərarın doğru tərəfləri daha çox görünür.  Erkən yaşında uşaqların dinlə tanış olması, onların dini dünya görüşünün formalaşmasında çox böyük təsir var. İbadət sevgisi insanlar da artır. Xüsusən Peyğəmbərimizin 63 il yaşadığı bir yeri gedib tarixi canlı-canlı görmək, o nübüvvət məktəbinin işıqların oradan seyr etmək bir uşağın dünyasında çox böyük bir təsir qoyur. Bu mənəviyyət, ruhaniyyət, dəyər baxımından çox ali bir şeydir. Həm də ki, ziyarətə çıxdıqları zaman uşaqlar ailə ilə bərabər çıxır və səfərdə ailə birliyi çox önəmlidir. Ziyarət zamanı səbr və dözümlülük baxımdan uşaq çox şey öyrənir. Bu səfər boyunca maddi imkanı yaxşı olan insanlar həmişə imkanı aşağı olan adamlara daha çox yardım edirlər”.

İlahiyyatçı əlavə edib ki, uşaqların da belə bir proseduru gözləri ilə görməyi onların gələcəkdə daha xeyirxah bir insan olmasını, düşüncəsini formalaşdırır:

“Ümumiyyətlə, Həccin mənəvi təsiri digər ibadətlərlə ölçüyə gəlməyəcək qədər böyükdür.  Həcc konkret olaraq prosedurlarla dolu bir ibadət olduğuna görə bir ata özü ibadəti yerinə yetirir. Ola bilsin ki, izdihamın içərisində övladına diqqəti tam verə bilməsin. Çünki eyni vaxtda eyni ibadətlər çox sürətli yerinə yetirilir. Uşaq bunu çatdırmaya bilər. Bu zaman təhlükə yarana bilər. Bu baxımdan təbii ki, uşaqları kənarda saxlayırlar. Özünü idarə edə bilən gəncin orada iştirak etməsində problem yoxdur”.

Leyla Turan
Demokrat.az
Избранный
25
demokrat.az

1Источники