Niderland Eredeviziyasından "Heerenveen"in baş məşqçisi olan Robin van Persi futbola başladığı kluba geri dönməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Brian Priske ilə yollarını ayıran "Feyenoord" təcrübəli mütəxəssisi komandanın "sükanı arxası"na gətirməyi planlaşdırır. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Artıq tərəflər arasında danışıqlar prosesi də başlayıb.
Qeyd edək ki, "Feyenoord" hazırda ölkə çempionatında dördüncü pillədədir. Eyni zamanda Çempionlar Liqasında mübarizəni davam etdirən kollektiv "Milan"ı mübarizədən kənarlaşdıraraq 1/4 finala da yüksəlməyi bacarıb.