RU

“Məni bütün dünyada məşhur etdi, onu həmişə sevəcəm”

Müqaviləsi “Çelsi”yə məxsus olan “Milan”ın hücumçusu Joao Feliks İngiltərə klubunda oynarkən nömrə seçimi haqda açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “79”-un onun üçün çox böyük şey demək olduğunu bildirib:

“79 mənim üçün çox şey deməkdir. Bu, mənim peşəkar karyeramda ilk rəqəmdir.

O, məni bütün dünyada məşhur etdi. Mən onu həmişə sevəcəm. Qardaşım da bu nömrə altında oynayır. Bu, inanılmazdır”.

Feliksin “Milan”la icarə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. 25 yaşlı hücumçu İtaliya çempionatının cari mövsümündə iki oyun keçirib.

Onun komandası hazırda 41 xalla A Seriyasının 7-ci pilləsində qərarlaşıb.

Избранный
52
sportinfo.az

1Источники